Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO-ya müraciət edib.Bildirilib ki, Ukrayna XİN başçısı NATO-dan hava məkanını bağlamasını istəyib. NATO Ukrayna məsələsi ilə bağlı fövqəladə iclas çağırıb.Kanadanın Baş naziri Castin Trüdo CTV News telekanalına müsahibə verib. Prezident V. Zelenskinin xahişinə baxmayaraq, Kanada hökumətinin başçısı NATO-nun vəziyyətin gərginləşməsindən ehtiyatlanaraq xahişi yerinə yetirə bilməyəcəyini söyləyib.
“Bu qərar qəlbimizi ağrıdır. Rusiya aviasiyasını vurmaq üçün Ukraynaya təyyarə göndərsək, NATO-nun birbaşa münaqişəyə cəlb olunması riski yaranır. Biz çox şey edə bilərik və əlimizdən gələni edirik, lakin buna gedə bilmərik”, - deyə Castin Trüdo vurğulayıb.Gərginliyin davam etməsinə rəğmən V.Zelenski Kiyevdə Almaniyanın “Bild” nəşrinə müsahibəsində "Biz təslim olmayacağıq, torpağımızı satmayacağıq” -, deyə bildirib. Bütün proseslərdən əlavə olaraq Rusiyanın Ukraynaya hücumundan sonra ölkəyə qarşı iqtisadi sanksiyaların sayı artmaqda davam edir.Vəziyyətin artan xəttlə irəliləməsinə görə, üçüncü dünya müharibəsinin ola bilmə ehtimalı irəli sürülür.Görəsən, hadisələr yeni dünya müharibəsinin başlamasını tətikləyə bilərmi?
"Sherg.az"ın sualını cavablandıran sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn deyib ki, Ukraynanın müraciətlərinə müsbət cavab gəlmir:
"Səbəbini dünya müharibəsinin başlaması ilə izah edirlər. İstər ABŞ , istər NATO tərəfindən fikirlər səsləndirilir.
Belə halda savaşın başlanması realdır. Ukraynanı başa düşmək lazımdır.
Ruslar qeyri-bərabər döyüşdə aviasiyadan istifadə edərək dağıdırlar. Sanksiyaların sərtləşdirilməsini nəzərə almaq lazımdır.
Həm Ukraynanın müraciətləri birbaşa məqsəd daşıır, həm də Qərb ictimai rəyi rus hökumətlərinə təsir edib, daha ciddi şəkildə Rusiyanın təcrid olunmasını tələb edirlər".