Bayden:“Putinin Ukraynaya qalib gələcəyini düşünmürük”

ABŞ prezidenti Co Bayden Rusiyanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan kömək almasına mane olacaqlarını bildirib.

O, Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb.

Dövlət başçısı Rusiyadan alkoqol və dəniz məhsulları, həmçinin brilliant daşların idxalını dayandırdıqlarını bildirib.

“Biz Rusiya iqtisadiyyatını məhv etdik. Moskva birjası iki həftədir açılmır. Çünki onlar açıldıqdan sonra çökəcəklərini bilirlər. Hər keçən gün beynəlxalq şirkətlər bir-bir Rusiyadan çəkilir.Biz Ukraynada Rusiyaya qarşı döyüşməyəcəyik. Ancaq Putinin Ukraynaya qalib gələcəyini də düşünmürük”, - deyə dövlət başçısı qeyd edib.

O, vurğulayıb ki, Rusiyaya qarşı bu sanksiyalar sonuncu olmayacaq.

Bayden, həmçinin Ukraynaya rekord məbləğdə yardımı nəzərdə tutan büdcə qanununu imzalayacağını deyib. ABŞ prezidenti NATO ilə Rusiya arasında “Üçüncü Dünya Müharibəsinə” yol verməməyə çağırıb.

Mənbə: TRT