İranda daha 118 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 3 330 nəfər koronavirusa (COVID-19) yoluxub, 118 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 138 949 nəfərə, yoluxanların sayı isə 7 123 093 nəfərə çatıb. Virus daşıyıcılarından 2 832 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 779 494 nəfər koronavirusdan sağalıb, 48,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 145 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 25 milyon təşkil edir.