Ukraynanın Nikolayev bölgəsində partlayış olub, ölənlər və yaralananlar var

Rusiya hərbçiləri Ukraynanın Nikolayev bölgəsində yaşayış məntəqələrini bombardman edib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Nikolayevin meri Oleksandr Senkeviç telemarafon zamanı deyib.

"Kaset mərmiləri ilə bombardman olub. Onlar iki yaşayış məntəqəsini - Solyanye və Severnını əhatə edib. Uşaq meydançasına, fərdi evlərə mərmilər düşüb. 13 yaralı var, onlardan 7-si hazırda reanimasiyadadır, 9 nəfər dünyasını dəyişib", - Senkeviç bildirib.

Onun sözlərinə görə, bombardmandan zərər çəkmiş ərazilərdə elektrikin verilişi dayanıb, çünki yarımstansiya dağılıb və yüksək gərginlikli xətlərdə problemlər yaranıb. Hazırda kommunal xidmətlər tərəfindən elektrik enerjisi bərpa olunur.

Senkeviç əlavə edib ki, şəhər 30-50 km məsafədən atəşə tutulub.