SON DƏQİQƏ... ABŞ-lı jurnalist Ukraynada öldürüldü

Rusiyanın Ukrayna işğalının on doqquzuncu günündə beynəlxalq jurnalist rus işğalçıların açdığı atəşlə  həyatını itirib.
Sherg.az xarici media istinadən xəbər verir ki, Kiev Bölgə Təhlükəsizlik müdiri Andrey Nebytov, "New York Times"ın əməkdaşı Brent Renaudun paytaxt yaxınlığındakı İrpində vurularaq öldürüldüyünü açıqlayıb. Jurnalistin fotosunu və pasportunu Facebook hesabından paylaşan Nebytov,  başqa bir "New York Times" jurnalistinin də yaralandığını bildirib.

Turan