"İlon Mask özünü kasıb kimi aparır, yırtılmış döşəkdə yatır" - Keçmiş sevgilisi

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, milyarder İlon Maskla münasibətindən ikinci övladı olduğunu açıqlayan keçmiş sevgilisi kanadalı müğənni Qrayms "Vanity Fair"ə verdiyi müsahibədə onun bəzi vərdişlərindən də söz açıb.

Sherg.az  axşam.az-a istinadən bildirir ki, o, sərvəti 221,1 milyard dollar dəyərində qiymətləndirilən İlonun əslində çox sadə həyat tərzi olduğunu etiraf edib. Onun sözlərinə görə, hamı İlonun dəbdəbəli həyat sürdüyünü düşünsə də əslində bu, belə deyil:

"O, milyarder kimi yaşamır. Bəzən özünü çox kasıb adam kimi aparır. İlon üçün gündəlik həyatda rahatlıq böyük əhəmiyyət kəsb etmir. Məsələn, biz Los-Ancelesdə birlikdə yaşayarkən çarpayıdakı döşəkdə dəlik olduğunun fərqinə vardım. Bunu ona dedikdə yeni döşək almaq əvəzinə, təklif etdi ki, evimdəki döşəyi gətirim. Qısaca yeni çarpayı belə almazdı. Bəzən yoxsul insandan daha aşağı səviyyədə yaşayırdı. 

Ona "qonşuların bizə lentə aldığı, mühafizənin belə olmadığı 40 min dollarlıq evdə 8 gün ancaq fıstıq yağı yeməliyəm? Dəbdəbə haqqında çox şey bilmirəm, amma yenə də yeməyə ehtiyacım var" deyə soruşdum".

Qraymsın sözlərinə görə, o, bəzən özünü İlonun yanında iki dünya arasında qalmış kimi hiss edirmiş.

Həmçinin ifaçı bu gün nail olduğu uğurlara çətinliklə çatdığını açıqlayıb. O, karyerasının əvvəlində qastrol səfəri zamanı pulu olmadığı üçün hoteldə qala bilmədiyini və gecəni küçədə keçirməli olduğunu söyləyib. Qrayms dünyanın ən zəngin insanlarından biri olmasına baxmayaraq İlonla münasibətdə olarkən də varlı təbəqəyə aid ola bilmədiyini vurğulayıb.

Müğənni münasibətlərini bitirsələr də dost qaldıqlarını açıqlayıb. O, ilk hamiləliyini çətin keçirdiyi və risk etmək istəmədikləri üçün ikinci övladlarını surroqat ana ilə dünyaya gətirdiklərini deyib. 

Qeyd edək ki, cütlük üç illik münasibətin ardından 6 ay əvvəl ayrılıb. Onların X Æ A-Xii adlı oğulları və Exa Dark Siderel adlı qızları var. Ümumilikdə 50 yaşlı İlon 7 uşaq atasıdır. Onun birinci həyat yoldaşı, kanadalı yazıçı Castin Maskdan daha beş oğlu var. İlon hazırda avstraliyalı aktrisa Nataşa Bassettlə münasibətdədir.