Əfqanıstanda siyasi hakimiyyətə gəlmiş “Taliban” hərəkatının rəhbər şəxslərindən ibarət heyət Türkiyəyə səfər edib.
Səfər çərçivəsində “Taliban” nümayəndələri müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşlər keçirib, Əfqanıstandakı son vəziyyət müzakirə ediblər.
Görüşlər çərçivəsində digər maraqlı məqam isə “Taliban” hökumətinin xarici işlər naziri Əmirxan Müttəkinin ondan müsahibə alan türkiyəli qadın müxbirin üzünə baxmaması olub.
Foto sosial mediada yayılıb və geniş müzakirə edilib.
Qeyd edək ki, müsəlman xalqları arasında kişinin ona naməhrəm olan qadının üzünə baxmaqdan çəkinməsi bəyənilən əməl kimi qəbul edilir.