Sumıda Rusiya ordusuna məxsus tanklar məhv edilib - VİDEO

Sumı vilayətinin Trostyanets şəhərində gecə saatlarında Rusiya ordusuna məxsus tanklar məhv edilib.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko “Telegram”da video paylaşıb.
Məhv edilən zirehli texnika arasında “Msta-S” özüyeriyən artilleriya qurğularının olduğu da bildirilir.
Drondan çəkilən kadrlarda alov içində olan və partlayan zirehli texnika müşahidə olunur.