Adını gizli saxlayan ABŞ rəsmisi bildirib ki, Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri göndərilir.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, 90 ton döyüş sursatı və Javelin raket sistemləri də daxil olmaqla, 15 reys hərbi yük rəsmi Kiyevə fevralın 11-də gəlib.
Ukrayna prezidenti Volodimir Zelenski Konqresdən ölkəsinə əlavə hərbi yardım istəməyə hazırlaşarkən ABŞ və NATO müttəfiqləri artıq hərbi texnika göndərirlər.
ABŞ-ın yüksək rütbəli rəsmisinin sözlərinə görə, yardıma Sovet dövründən qalma SA-8, SA-10, SA-12 və SA-14 mobil hava hücumundan müdafiə sistemləri daxildir.
Bu sistemlər Ukraynanın tələb etdiyi S-300 sistemindən daha aşağı hündürlük məsafəsinə malikdir.
Bununla belə, onlar əvvəllər tədarük edilən “Stinger” çiyinli raketlərindən daha yüksək uçuş məsafəsinə sahibdir.
Yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, sistemlər NATO-nun tərəfdaş ölkələrindən alınıb və yoldadır.