Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın koronavirusa qarşı vaksini “Sputnik V” peyvəndinin qiymətləndirilməsini sanksiya məhdudiyyətləri səbəbindən yaranan texniki çətinliklərə görə müvəqqəti olaraq dayandırıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ÜST baş direktorunun köməkçisi Mariancela Simao keçirdiyi brifinqdə bildirib.
“Bəli, biz martın 7-də Rusiyaya gedib yoxlama aparmalı idik. Amma bu yoxlamalar daha sonraya təxirə salınıb”, - Simao deyib.
Onun sözlərinə görə, Rusiya peyvəndinin qiymətləndirilməsi, eləcə də istehsal müəssisəsində yoxlamalar Ukraynadakı vəziyyət, habelə sanksiyalarla məhdudlaşdırılan səyahət və maliyyə seçimləri, o cümlədən kredit kartının işləməsi və digər texniki məsələlərə görə mümkünsüzdür.