Britaniya Polşaya hava hücumundan müdafiə sistemi yerləşdirəcək


İngiltərə Müdafiə Nazirliyi cümə axşamı bildirib ki, Britaniya özünün "Sky Saber" hava hücumundan müdafiə sistemini və onu idarə etmək üçün 100 hərbçini Polşaya yerləşdirəcək.
Birləşmiş Krallığın Müdafiə Nazirliyi "Twitter"də bildirib ki, rəsmi Varşava hökuməti havadan müdafiə sistemi tələb edib:
"Sky Saber" Polşanın hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə artıracaq. Bu, görünməmiş sürət, dəqiqlik, performans və hədəf əldə etmə qabiliyyətinə malikdir".
Rəsmi Londonun müdafiə naziri Ben Vallace vurğulayıb ki, məqsədimiz Polşaya Rusiya təhdidlərinə qarşı dayanmağa kömək etməkdir.