Qlobal enerji böhranı!- Nə etməli? - “Maşını yavaş sürün, evdən işləyin...!”

Qlobal enerji böhranını kompensasiya etməklə bağlı Beynəlxalq Enerji Agentliyi (BEA) məlumat verib.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki,  BEA Rusiyanın Ukraynaya hücumundan sonrakı vəziyyəti “qlobal enerji böhranı" adlandırıb. Problemin həlli üçün tədbirlər təklif edilib: 

"Avtomobillərinizi daha yavaş sürün, evdən işləyin və gəzintiləri paylaşın".

Kanada, ABŞ, Böyük Britaniya və Avstraliya da daxil olmaqla, ölkələr Rusiyadan neft idxal etməkdən imtina edib. Bundan sonra BEA 10 bəndlik plan hazırlayıb.

Təkliflər arasında magistral yollarda sürət həddinin saatda ən azı 10 kilometr  azaldılması, ictimai nəqliyyatın daha əlçatan olması, iri şəhərlərdə bazar günləri avtomobil istifadə edilməməsi var.

Qeyd edək ki, BEA-nın icraçı direktoru Fatih Birolun sözlərinə görə, tədbirlər enerji bazarındakı gərginliyi azaltmaq üçün nəzərdə tutulub.