Ərdoğan Cənubi Koreyanın Baş naziri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyanın Baş naziri Kim Bu Gyomu qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edək ki, Baş nazir Çanaqqala körpüsünün açılışında iştirak edəcək. Liderlərin regional və beynəlxalq məsələləri müzakirə edəcəkləri gözlənilir.

11:21
Cənubi Koreya Baş naziri Kim Bu Gyom Türkiyədə səfərdədir.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Kim Bu Gyomla görüşəcək.