Rusiyalı diplomatlar bir neçə ölkədən çıxarılacaqlar


Bolqarıstan Xarici İşlər Nazirliyi ölkədə akkreditə edilmiş 10 Rusiya diplomatını “persona non-qrata” elan edib.

Artıq bununla əlaqədar Bolqarıstan XİN Rusiya səfiri Eleonora Mitrofanovaya şifahi nota təqdim edib. Məlumatda həmçinin qeyd olunur ki, rusiyalı diplomatlar Bolqarıstan ərazisini 72 saat ərzində tərk etməlidirlər.

Baltikyanı ölkələrdən də oxşar xəbərlər gəlir.

Latviya Rusiya səfirliyinin üç əməkdaşını “diplomatik statuslarına zidd fəaliyyətləri ilə əlaqədar” ölkədən çıxarır. Bu barədə ölkənin xarici işlər naziri Edqar Rinkeviç bəyan edib.

Estoniya Rusiyanın üç diplomatını “persona non-qrata” elan edib. Onlar “təhlükəsizliyə zərbə vurmaqda” və “təbliğat yaymaqda” ittiham olunurlar.

Litva da analoji addımı atıb: dörd rusiyalı diplomatı ölkədən çıxarır.

Mənbə: TASS