Rusiyada "Euronews" telekanalının saytı bloklanıb.
Sherg.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar ölkənin Baş Prokurorluğu tərəfindən qəbul edilib.
Bildirilir ki, sayt kütləvi iğtişaşlara, ekstremist fəaliyyətə, müəyyən edilmiş qaydaları pozmaqla keçirilən kütləvi (ictimai) tədbirlərdə iştiraka çağırışları əks etdirən saytlara girişin məhdudlaşdırılması prosedurunu tənzimləyən "İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında" Federal Qanunun 15.3-cü maddəsinə əsasən bloklanıb.
Bundan əlavə, telekanalın TV-də də fəaliyyətinin dayandırıldığı qeyd edilir. Telekanalın efirində "Müəllif hüququ sahibinin tələbi ilə kanalın yayımı dayandırıldı" mesajı göstərilir.