İranda ötən sutka ərzində 1 120 nəfər koronavirusa (COVID-19) yoluxub, 73 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 139 735 nəfərə, yoluxanların sayı isə 7 143 409 nəfərə çatıb. Virus daşıyıcılarından 1 869 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 6 833 351 nəfər koronavirusdan sağalıb, 48,8 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 146 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 25,7 milyon təşkil edir.