Müharibəyə və pandemiya kimi gözlənilməz hadisələrə qarşı bəziləri olduqca təmkinlidir. Belə ki "dünyanın sonu" gəldiyində nə edəcəklərini indidən planlaşdıranlar belə var. Bir çoxlarının "dəli" adlandırdığı bu adamın hazırlıqları hamını təəccübləndirir.
Sherg.az xarici media istinadən xəbər verir ki, ABŞ-da yaşayan 38 yaşlı ev xanımı Rowan MacKenzie, dünyanın sonu üçün hazırlıqlar etdiyini söyləyəndə insanlar onun "'dəli" olduğunu düşündü. Tam 11 ildir anbara azüqə yığan MacKenzie, "qiyamətə" hazırlanmaq üçün tez xarab olmayan məhsulları alıb sığınacağına toplayır. Gənc qadın düyü və paxla kimi uzun ömürlü qidaları anbarına toplayaraq özünə bir sığınacaq qurmağa qərar verdiyini söyləyir. Rowan yanında özünü qorumaq üçün silah da saxlayır. Hər hansı bir sığınacaq üçün ən əhəmiyyətli məqamın müdafiə olduğunu söyləyən Rowan, yemək tapa bilməsə, silahlarını ovlanmaq üçün istifadə edəcəyini dilə gətirir. 3 nəfərlik bir ailəyə 2 il çatacaq qədər qidası olan Rowan, hər an nə olacağını bilmədiyi üçün bu gizli sığınacağını hazırladığını söyləyir.
Rowan MacKenzie sözlərinə belə davam edir:
"Hər kəs hazırlıqlı olmalıdır. Çünki bir savaş olduğunda yemək tapmaq çox çətin olacaq, tapılsa da həddindən artıq baha olacaq. Nəticə olaraq hamımız bundan təsirlənəcəyik.
38 yaşlı ev xanımı sonda Ukraynadakı müharibədən çox təsirləndiyini də vurğulayıb.
Turan