Medvedevdən təklif: Rusiyaya gələnlər diqqətlə yoxlanılsın!

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəyə gələn bütün şəxslərin diqqətlə yoxlanılmasını təklif edib. 

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Medvedev Rusiyaya gələnlər arasında radikal elementlərin artmasını istisna etmədiyini söyləyib. O, ölkəyə daxil olan hər kəsin diqqətlə yoxlanılmasının təmin olunmasına çağırıb.