Putinin xüsusi nümayəndəsi vəzifəsindən istefa verib və Rusiyanı tərk etdi

Anatoli Çubays davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə Rusiya Prezidentinin xüsusi nümayəndəsi vəzifəsini tərk edib.
Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən bildirib.
Onun Rusiyanı tərk etdiyi deyilir.
TASS-dakı mənbə məmurun getdiyini təsdiqləyir.
Təsdiqlənməmiş məlumatlara görə, Anatoli Çubays İstanbuldadır. Ehtimal ki, həyat yoldaşı Avdotya Smirnova da onunladır.

Bundan əvvəl Kremldə və Rusiya Federasiyası hökumətində yüksək vəzifələrdə çalışmış Arkadi Dvorkoviç “Skolkovo” Fondunun sədri vəzifəsini tərk edib. Bu, onun Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı tənqid etməsindən sonra baş verib.