Rusiya hərbçiləri bir sıra Ukrayna merlərini oğurlayıblar. Onlardan bəziləri qətlə yetirilib, artıq bir neçəsinin meyiti tapılıb.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Economist”ə müsahibəsində bildirib.
Dövlət başçısının sözlərinə görə, bəzi şəhər rəhbərləri isə itkin düşüb.
“Onlar bizim şəhərlərin merlərini oğurlayırlar... Bəzilərini tapa bilmirik. Ancaq bəziləri ölmüş halda tapılıb”, - deyə prezident bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya ordusu işğal olunmuş ərazilərdə 2014-cü ildə Donbasda istifadə edilən üsullardan istifadə edir.
Mənbə: Ukrainskaya Pravda