“Mina təhlükəsinə qarşı Rumıniya və Bolqarıstanla birgə müvafiq bütün qurum və təşkilatlarla koordinasiyalı şəkildə lazımi tədbirlərin görülməsinə davam edirik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb.
Həmçinin bildirilib ki, nazirlik Ukraynanın Borispol hava limanındakı Türkiyəyə məxsus 2 ədəd A400M təyyarələrinin təhlükəsizliyi və təxliyəsi məsələsində həm Rusiya, həm də Ukrayna tərəfi ilə təmaslar davam edir.