Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi başlayıb.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
“Danışıqlar onlayn formatda işçi qruplarının qoşulması ilə davam edir”, - Prezident Ofisinin rəsmisi qeyd edib.
12:51
Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar bu gün davam etdiriləcək.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, tərəflər videokonfrans formatda müzakirələr aparacaqlar.
Xatırladaq ki, iki ölkə arasında danışıqların ilk üç raundu fevralın 28-də, martın 3-də və 7-də Belarus ərazisində əyani şəkildə keçirilib. İlk görüş Qomel vilayətində, sonrakı iki görüş isə Polşa ilə sərhəddə yerləşən Beloveja meşəsi ərazisində baş tutub. Sonrakı günlərdə tərəflər görüşləri videokonfrans formatında davam etdiriblər.
İki ölkənin nümayəndə heyətlərinin sonuncu görüşü martın 29-da Türkiyənin İstanbul şəhərində baş tutub.