Sandu: “Moldova Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq”

Moldova hökuməti öz neytrallıq mövqeyini qoruyacaq və Ukrayna münaqişəsi ilə bağlı Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayacaq.
Bu açıqlama ilə Moldova Prezidenti Maya Sandu çıxış edib.
“Ölkənin enerji resursları olmadan vəziyyəti sabitləşdirmək üçün heç bir şey edə bilmərik. Bu vəziyyətdə nə Ukraynaya nə də tərəfdaşlarımız bu istiqamətdə köməklik edə bilməyəcəyik. Bəzi şeylər var ki, vətəndaşlara bu haqda açıq danışmaq lazımdır”,- deyə M. Sandu bildirib.

Onun sözlərinə görə, qonşu Ukrayandakı hərbi əməliyyatlar Moldovanın iqtisadi vəziyyətinə mənfi təsir göstərib.

Mənbə: Svoboda.org