Çexiya ukraynalı qaçqınlara 250 mindən çox viza paylayıb


Çex Respublikası Ukraynadan olan qaçqınlara ölkədə sığınacaq almaq imkanına malik 254 537 min xüsusi viza verib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.

Qurumun məlumatına görə, Ukraynadan olan qaçqınların ən çoxu Praqada qeydə alınıb - 60 mindən çox.

Daxili İşlər Nazirliyi Çex Respublikasındakı məcburi köçkünlərin 50 %-dən çoxunun uşaqlar olduğunu qeyd edib.

Ölkə hakimiyyətinin proqnozlarına görə, respublikaya 550 minə qədər Ukrayna vətəndaşı gələcək.