194 əsgərin xilaskarı: Vuruldu, amma uçmağa davam etdi
09:07 13.08.2024
Dünya
553
Birinci Dünya müharibəsinin şiddətlə davam etdiyi günlərdə “poçt göyərçinləri” neçə-neçə insanı ölümdən xilas edib, döyüşlərin taleyini həll ediblər. Tarixə yazılan günlərdən biri də 1918-ci ilin 3 oktyabrı olub.
“Sherg.az”“Milliyet.com.tr”yə istinadən bildirir ki, həmin gün İngiltərə ordusunun zabiti Çarlz Vayt Vitlsey 550-dən artıq əsgərlə düşmən cəbhəsinin arxasındakı təpənin kənarındakı kiçik bir çöküntüdə çarəsiz vəziyyətdə qalıblar. Əsgərlərin qidası da, güllələri də tükənib. Çarəsiz qalan əsgərlər kömək almaq üçün olduqları yeri də işarə verə bilməyiblər. Yaralılar həyatlarını itirib. Sağ qalan 194 əsgər bu çuxurdan necə xilas la biləcəklərini düşünüblər. Zabit Vitlsey özünü və sağ qalmış əsgərlərinin həyatını xilas etmək üçün poçt göyərçini göndərmək qərarına gəlir. Onların cəmi 3 göyərçini olub. Əgər göyərçin almanların cəbhə xəttini uçub keçə bilsə, onlar xilas ola biləcəkdilər. Zabit Vitlsey müttəfiq orduları tərəfinə birinci göyərçinlə xəbər göndərməyə başlayıb. İlk mesajda “çoxlu yaralımız var. Onları buradan çıxara bilmirk” yazılıb. Lakin göyərçin ayağına bağlanmış kağız parçası ilə göyə qalxdıqda almanlar tərəfindən vurulub. Bunu görən zabit ikinci göyərçini göndərir. O da almanlar tərəfindən vurulur. Ümid qalıb, üçüncü – sonuncu göyərçinə. Onun adını əsgərlər Şer Ami qoyublar. Çer Ami sağ ayağına bağlanan kağız parçasıyla havaya qalxıb. Başına gələnlərsə bu göyərçini həm qazi, həm də qəhrəman edib. Almanlar nişan alaraq bu göyərçini də atəşə tutub. Lakin göyərçin güllə yağışı altında uçmağa davam edib. Və atəş xəttini yararaq müttəfiq qoşunların olduğu cəbhə xəttinə çatıb. Göyərçin 25 dəqiqə ərzində 40 kilometr məsafədəki hərbi hissəyə tərəf uçub. Və bununla da 194 əsgərin həyatını xilas edib. Göyərçin hərbi hissənin damına qonduqa köksündən yaralı, bir gözü və bir ayağı güllələrlə deşilmiş halda, bir ayağı isə ətindən sallanırdı. Bu qəhrəman uçuşu sayəsində Şer Ami, 77-ci Piyada Alayının sevimlisi olub. Həkimlər onu sağaldıb. Göyərçin 1 ayaqlı qalıb. Şer Ami təntənəli şəkildə ABŞ-nin hərbi gəmisinə mindirlib və cəbhədən uzaqlaşdırılıb. Şer Aminin doldurulmuş bədəni indiyədək Smithsonian İnstitutunun tarix bölümündə saxlanılır.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol