Ortaya çıxdı:Quzey və Güney Koreya liderləri məktublaşır

   Koreya yarımadasında şimal və cənub dövlətləri başçılarının bir-birilə məktublaşdığı məlum olub. Bu barədə “NTV.com.tr” Anadolu Agentliyinə istinadən məlumat verib. Məlumatda qeyd olunur ki, Cənubi Koreya lideri Moon Jae Şimali Koreya lideri Kim Jonga məktub yazıb. Məktubda iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi zəruriliyi vurğulanıb. Ş.Koreya lideri də məktuba ilıq münasibət göstərib və onu cavablandırıb. Verilən xəbərə görə, C.Koreya lideri məktubunda hətta rəhbərlikdən uzaqlaşsa belə, Koreyanın yenidən birləşməsi üçün fəaliyyətini davam etdirəcəyini bildirib. Hər iki lider Koreyanın birləşməsinin iki ölkə xalqının arzu etdiyi kimi həyata keçəcəyinə inandıqlarını bildiriblər. İki ölkə arasındakı əlaqələrin inkişafına 2018-ci ildə keçirilmiş barışıq görüşlərinin zəmin yaratdığı vurğulanır.