Avropa ukraynalı qadınlar üçün cəhənnəmə çevrilib

Barələrində mənfi rəylərin formalaşması bir yana, üstəlik, internet üzərindən də qadınlara fahişəlik etmək təklifləri “yağır”

   Müharibə dəhşətlərindən qaçaraq müxtəlif ölkələrə sığınan ukraynalı qaçqınlar hər gün yeni təhlükələrlə üzləşir. Xüsusilə də qadınlar. Ukraynalı qaçqın qadınlar insan ticarətçilərinin hədəfinə çevrilib artıq. Bu qadınlara artıq sosial şəbəkə üzərindən fahişəlik təklifləri edilir. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, demokratik ənənələr, insan hüquqları “müdafiəçisi” hesab edilən Böyük Britaniya və İrlandiya kimi ölkələr ukraynalı qadınlar üçün cəhənnəmə çevrilməkdədir. 

Böytük Britaniyada baş vermiş bir hadisə ukraynalı qaçqın qadınlara “ev yıxan” statusu “biçib”.  22 yaşlı ukraynalı gənc qadın Sofiz Karkadym Londonda Garnett ailəsinin 10 günlük qonağı olub. Larne Garnett isə iddia edib ki, “bu qadın 10 gün içində nə etdisə, həyat yoldaşım ona görə məni tərk etdi”. Lorna Garnettin həyat yoldaşı Toni Garnett mühafizə xidmətində işləyir. Böyük Britaniyaya sığınan ukraynalı qaçqınlardan yalnız biri onların mənzilində qonaq qalıb. Lornanın dediyinə görə, 10 gün kifayət edib ki, həyat yoldaşı ukraynalı qadına aşiq olub, ailəsini tərk etsin. Bu hadisə ukraynalı qadınlar haqqında “ev yıxan” imicini formalaşdırıb. Qərbi Avropada ukraynalı qaçqınlara sığınacaq verənlərə 350 sterlinq miqdarında vəsait ödənilir. Lakin bu gedişlə çətin ki, ukraynalı qadınlara mənzilinin qapısını açan tapılsın. Müharibə dəhşətləri ukraynalı qadınların həyatını alt-üst edib. Barələrində mənfi rəylərin formalaşması bir yana, üstəlik, internet üzərindən də qadınlara fahişəlik etmək təklifləri “yağır”. 

Polşada qaçqınların yerləşdirilməsi prosesində iştirak edən könüllülər ukraynalı qadınların insan alveri ticarətçilərinin qurbanına çevrilməsinin an məsələsi olduğuna diqqət çəkmişdi. Təhlükə artıq irəliləyir. İrlandiyada fəaliyyət göstərən ən böyük onlayn insan ticarəti internet səhifəsində məxsusən ukraynalı qadınlara aid “müharibə fantaziyaları” adlı bölmə yaradılıb.

 İnternet səhifəsi ukraynalı qadınlara səhifədə görünmək təklif edir. Və bunu “sağ qalmaq üçün ən uyğun vasitə” adlandırır. İnternet səhifəsindəki bu əxlaqsız təklif İrlandiyada heyrət və təşviş doğurub. Sosial media istifadəçiləri internet səhifəsini tənqid etsələr də, səhifə sahibləri heç nəyi vecinə almayaraq dəvət və təkliflərini davam etdirir. Sosioloqlar belə bir dəvətin ictimai təhlükə daşıdığını bildirir. 

İrlandiya Milli Qadın Konseyinin toplantısında çıxış edən ATƏT-in insan alveriylə mübarizə üzrə koordinatoru Valiant Riche ukraynalı qadınlara pul qarşılığında təklif edilən cinsi istismarın son dönəmlərdə Avropada geniş vüsət aldığını deyib və müdafiəsiz qadınların böyük bir təhlükəylə qarşı-qarşıya olduğunu xatırladıb.

  İnternet səhifəsinə üzv olan ukraynalı qadınların sayının hər keçən gün artması Ukraynada da böyük təpki və etirazlara səbəb olub.