Putinə sui-qəsd olub? - Hərbi kəşfiyyat rəsmisindən açıqlama 

Ukraynalı yüksək səviyyəli hərbi kəşfiyyat rəsmisi Rusiya prezidenti Vladimir Putinə sui-qəsd olunduğunu iddia edib.
“Sherg.az” Habertürk-ə istinadən xəbər verir ki, Kyrylo Budanov Ukraynanın "Ukrayinska Pravda" qəzetinə verdiyi açıqlamasında mart ayında Putinə sui-qəsd cəhdi olunduğunu deyib.
"Putinə sui-qəsd olub. Hətta deyirlər ki, bir müddət əvvəl Qafqaz nümayəndələri ona hücum ediblər. Bu məxfi məlumatdır, tamamilə uğursuz cəhd idi, amma həqiqətən də baş verib. Təxminən 2 ay əvvəl olub”.- Budanov bildirib.