Moldovanın keçmiş prezidentini 20 il həbs cəzası gözləyir

Moldovanın keçmiş Prezidenti, hazırda istintaq təcridxanasında saxlanılan İqor Dodon 20 il müddətinə azadlıqdan məhrum edilə bilər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moldova parlamentinin keçmiş deputatı Valeri Naqaçevski bildirib.

Məlumata görə, İqor Dodon korrupsiya və dövlətə xəyanətdə şübhəli bilinir.

“Moldova Cinayət Məcəlləsinin 4 maddəsini pozmaqda şübhəli bilinir. Dodonu 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir”, - Naqaçevski qeyd edib.

14:24