Ukrayna Baş Prokurorluğu: “Rusiya hərbçilərinin qətlə yetirdiyi uşaqların sayı artıb”

Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində 287 uşaq həlak olub.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Qeyd edilir ki, 779-dan çox uşaq bu səbəbdən zərər çəkib, 492-si yaralanıb.
Bu rəqəmlərin yekun olmadığı vurğulanır.
Zərər çəkən uşaqlara ən çox Donetsk vilayətində - 217 nəfər, Xarkovda - 132 nəfər, Kiyevdə - 116 nəfər rast gəlinib.
Prokurorlar bildirirlər ki, cinayət əməllərinin araşdırılması zamanı Donetsk vilayətinin Mariupol şəhərində Rusiya hərbçilərinin atəşi nəticəsində daha 24 uşağın öldüyü məlum olub.
Həmçinin müəyyən edilib ki, aprelin 9-da Donetsk vilayətinin Rayqorodok qəsəbəsinin işğalçılarının atəşə tutması nəticəsində 17 yaşlı qız da yaralanıb.
Mənbə: Ukrainskaya Pravda