Qadını sağaltmaq üçün silahla hücüm etdilər 

Türkiyənin Esenyurt bölgəsində maraqlı hadisə baş verib. 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim avtomobil qəzasından sonra yaddaşını itirən xanımın yaxınlarına anlıq şok yaşamalıdır məsləhətini verib.

Yaxınları isə qadını sağaltmaq üçün ona səs tapançasıyla hücum ediblər. Hadisə yerində qadın huşunu itirib və yerə yıxılıb.

Silahdan atəş açan şəxs isə polis bölməsinə aparılıb.