Fransada parlament seçkilərinin birinci turu keçirilir


Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkilərin birinci turu üzrə seçki məntəqələri ölkənin materik hissəsində açılıb.

Trend-in məlumatına görə, Fransa vətəndaşları 2027-ci ilə qədər parlamentdə fəaliyyət göstərəcək 577 deputatı seçəcək.

Fransada səsvermə majoritar sistemə əsasən keçirilir. İri şəhər və xaricdəki departamentlərdə birmandatlı seçki dairələri yaradılıb.