Sarayda köç həyəcanı...


Yeni məlumat Kral ailəsində dəyişikliklər olacağına işarədir

Kraliça II Yelizavetanın taxta çıxmasının 70 illiyinin qeyd edildiyi “Platin yubiley” təntənələri bir sıra gözlənilməz hadisələrə səhnə olub. Təntənələrə kral ailəsindən və sülalədəki hüquqlarından imtina edərək ABŞ-a köçən şahzadə Harri və  Megan Marklın yubiley tədbirinə qatılması yeni müzakirələrə yol açıb. 

Məlumdur ki, şahzadə Harri Kral ailəsindən imtina edərək həyat yoldaşı ilə birlikdə ABŞ-da müstəqil həyat sürməyi seçdikdən sonra Şahzadə Uilyamla həyat yoldaşı Ket Middlton kraliçanın əziz-xələflərinə çevrilib. Bu, yubiley tədbirində gözdən yayınmayıb. Şahzadə Harri və həyat yoldaşı ilə kimsə yaxınlıq edib, ünsiyyət saxlamayıb, Uilyam və həyat yoldaşı isə ön cərgədə əyləşərək varies olacaqlarını davranışları ilə sanki elan ediblər. Yeni xəbər isə bundan ibarətdir ki, şahzadə Uilyamla Ket Middlton Vindsor sarayına köçməyə hazırlaşır. Hətta övladlarının məktəbini də dəyişdiriblər. Ailə övladlarının rahatlığını üstün tutaraq Londonun yorucu atmosferindən uzaqlaşmağı qərara alıb. Bu məlumat Kral ailəsində dəyişikliklərin olacağına və Kraliça II Yelizavetanın varis seçimində kimin üzərində dayanacağına işarədir.