Kanadanın Baş naziri koronavirusa yoluxub

Kanadanın Baş naziri Castin Trüdonun COVID-19 testinin cavabı müsbət çıxıb.
“Report”un məlumatına görə, bu barədə siyasətçi tviterdə yazıb.
“Mənim COVID-19 testimin nəticəsi müsbət çıxdı” - o bildirib.
Siyasətçi qeyd edib ki, əvvəllər peyvənd olunduğu üçün özünü yaxşı hiss edir, lakin Səhiyyə Nazirliyinin müvafiq protokolu ilə müəyyən edilmiş qaydada özünü təcrid edib.