Ukraynanın müdafiəsinə 55 ölkədən könüllülər qoşulub

“Ukraynanın müdafiəsinə dünyanın 55 ölkəsindən könüllülər gəlib. Onların əksəriyyəti ABŞ və Böyük Britaniyadan olan hərbçilərdir”.
“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Beynəlmiləl Ərazi Müdafiəsi Legionunun nümayəndəsi Damyen Maqru bildirib.
Onun sözlərinə görə, könüllülər arasında Braziliya, Cənubi Koreya, Avstraliya kimi ölkələrdən gələn hərbçilər də var.