Paşinyan: “Ermənistan iqtisadiyyatı üçün vəziyyət xoş deyil”

Rusiyaya qarşı sanksiyalar fonunda Ermənistan iqtisadiyyatı üçün vəziyyət xoş deyil.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan “Əl Cəzirə“ telekanalına müsahibəsində deyib.

“Şübhəsiz ki, Ermənistan iqtisadiyyatına təkcə Rusiyadakı iqtisadi situasiya birbaşa təsir etməyib, həm də ərzaq təminatı ilə bağlı problemlər, inflyasiya və digər faktorların doğurduğu qlobal iqtisadi gərginlik də təsir edib”, - Paşinyan bildirib.

Paşinyan ölkə iqtisadiyyatındakı vəziyyətin idarə edilən olacağına ümidini ifadə edib.