3 uşağı öldürüb: Bəbir üçün atəş əmri verildi

Hindistanın Uri bölgəsinin  kəndlərində  dolaşan bəbir 3 uşağı öldürüb. Səlahiyyətlilər  heyvan üçün ölüm əmri verib.

 Sherg.az "İndependent" qəzetinə istinadən xəbər verir ki, Uri bölgəsində kəndlərdə gəzən bəbir 3 uşağın öldürülməsindən sonra səlahiyyətlilər,  heyvanın sağ tutula bilməyəcəyi təqdirdə öldürülməsi əmrini verib.

Əmr dünən Bernate kəndindən olan 12 yaşlı qızın meşədə ölü tapılmasından sonra verilib.

Həftə sonu Boniyar və Kalsan kəndlərinin meşəlik ərazilərində cəsədləri tapılan 13 və 15 yaşlı iki uşağın ölümünə bəbirin səbəb olduğu təxmin edilir.

Səlahiyyətlilər ictimaiyyəti ayıq olmağa və heyvan zərərsizləşdirilənə qədər uşaqları müşayiət olunmayan meşəlik ərazilərə girməsinə icazə verməməyə çağırıb.

Turan