Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 33 150 hərbçisini itirib.
Bundan başqa, Rusiyanın 1 456 ədəd tankı, 3 563 ədəd zirehli döyüş maşını, 734 ədəd artilleriya sistemi, 233 ədəd reaktiv yaylım atəşi sistemi, 97 hava hücumundan müdafiə sistemi, 215 ədəd hərbi təyyarəsi, 180 ədəd helikopteri, 2 496 ədəd nəqliyyat vasitəsi və avtoçəni, 13 ədəd gəmi/kateri, 593 ədəd dronu, 129 qanadlı raket və 55 ədəd xüsusi texnikası məhv edilib.