Almaniya, Fransa və İtaliya rəhbərləri Zelenski ilə görüşüblər

Ötən gün Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi Ukraynanın paytaxtı Kiyevdə prezidenti Volodimir Zelenski ilə görüşüblər. Görüşdən sonra birgə mətbuat konfransında iştirak edən Makron ilə Zelenskinin fotoları gündəm olub.

“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Makronun Zelenskini qucaqladığı anlar mediada geniş marağa səbəb olub. Həmçinin, Fransa prezidenti Ukraynaya Ai-yə üzv olması üçün “dərhal namizəd statusu” verilməsi lazım olduğunu bildirib. Onun sözlərinə görə, müharibənin bitməsi üçün Ukrayna nə vaxtsa, Rusiya ilə razılığa gəlməlidir.

Lakin fotolardan görüldüyü kimi, Zelenski Makronun qucaqlamasına soyuq reaskiya verib. Makronun qucaqlamaq cəhdlərinə Zelenskinin tərəddüd etdiyi aydın görünüb. Fransa lideri ona baxıb gülümsəsə də, Zelenski baxışlarını ondan yayındırıb.