Nepal hökuməti qərar verib 


Everestdəki əsas düşərgənin yeri dəyişir

 Nepal hökumətinin qərarı, əlbəttə, dağ turizmi il məşğul olanları, həmçinin Himalaya getmək, dünyanın ən hündür dağ zirvəsi – Everesti  görmək arzusunda olanları təəccübləndirəcək. Lakin Nepal hökuməti bu qərarı verməyə məcburdur. Səbəb qlobal iqlim dəyişikliyidir. 

“Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Güney Asiya ölkəsi Nepal Çin sərhədində yer alan Himalay dağındakı əsas düşərgənin başqa bir bölgəyə köçürülməsinə qərar verib. Səbəb qlobal iqlim dəyişikliyidir.  Himalaydakı əsas düşərgə Khumbu buzlağı üzərində qurulub. 

Qlobal iqlim dəyişikliyi isə buzlaq üzərindəki düşərgə üçün təhlükəli vəziyyət yaradır. Artıq bura gələnlərin həyatı təhlükə altındadır. Bunu nəzərə alan Nepal hökuməti düşərgənin buzla örtülü olmayan, təhlükəsiz bir  əraziyə köçürülməsini vacib sayır. Hazırda buzlaqların əriməsi Khumbu buzlağına da zərər verməkdədir.

 Dağ turizmi il məşğul olanların buzlaq üzərindəki düşərgədə məskunlaşması buzlaqdakı çatların böyüməsinə və çatların sayının artmasına səbəb olur.

 Nepal hökumətinin turizm məsələləri üzrə yetkilisi bildirib ki, düşərgənin daşınmasına hazırlıq gedir, yaxın vaxtda düşərgənin köçürüləcəyi yer haqqında məlumat veriləcək. 

Alimlər 2018-ci ildə Himalaydakı buzlaqların əriməyə başladığını,  o cümlədən Khumbu buzlağının da qlobal istiləşmə səbəbiylə əridiyini bildirmişdi.