Əfqanıstanın paytaxtında məbədə hücum nəticəsində 2 nəfər ölüb

Kabildə sikxlərin məbədində baş verən partlayışlar nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, "Taliban" hökumətinin Daxili İşlər Nazirliyinin sözçüsü Abdul Nafi Thakur qanlı hadisənin səhər saatlarında Karte-e Pərvan bölgəsində baş verdiyini bildirib. Onun sözlərinə görə, əməliyyat zamanı hücum edənlər məhv edilib.

Məbədin bir hissəsi yanıb, yaxınlıqdakı tikililərə ziyan dəyib.

Hadisə şahidlərinin sözlərinə görə, hücum hinduların və sikxlərin dini ayinlər keçirdikləri bir vaxtda həyata keçirilib.

Hələlik heç bir təşkilat hücuma görə məsuliyyəti üzərinə götürməyib.