G7 ölkələri xüsusi “and” üçün Xirosimanı seçdilər

G7 liderlərinin növbəti görüşü 2023-cü il mayın 19-21-də Xirosimada keçiriləcək.
Bunu Yaponiyanın Baş naziri Fumio Kişida Almaniyada keçirilən “Yeddilik” qrupunun (G7) sammitində bildirib.
Bu barədə çərşənbə axşamı Kyodo agentliyi mənbəyə istinadən məlumat yayıb.
Yaponiya Baş nazirinin sözlərinə görə, dünyada “nüvə silahından istifadənin dəhşətləri təkrarlanmamalıdır” andını içmək üçün Xirosimadan daha münasib yer yoxdur.
Yer seçimi, əvvəllər Tokioda qeyd olunduğu kimi, Yaponiyanın nüvə tərk-silahı məsələlərində fəal rol oynamaq əzmini nümayiş etdirmək istəyi ilə bağlıdır. Bundan əlavə, Xirosima Kişidanın seçki dairəsidir.
Mənbə: TASS