Ərdoğanla Bayden danışdı:“Ukrayna problemi...” – Davammı, tamammı? – ŞƏRH 




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında telefon danışığı olub. Bu barədə Türkiyə lideri NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.“ABŞ Prezidenti bu axşam və ya sabah görüşmək arzusunu bildirdi. Biz də “Ola bilər” dedik”, - R.T.Ərdoğan vurğulayıb.

İki lider arasındakı telefon danışığını jurnalist, siyasi şərhçi Fuad Abbasov “Sherg.az” a şərh edib. Baydenlə Ərdoğanın görüşünü gözlənilməz adlandıran siyasi şərhçi  açıqlayıb ki,  görüş Ukrayna-Rusiya müharibəsi ilə bağlıdır:

“Ərdoğanın özü bunu söyləməsə idi, bəlkə də, xəbərimiz olmazdı. Bu birinci növbədə Ukrayna-Rusiya müharibəsi və NATO-nun bu müharibədəki iştirakı ilə əlaqədardır. NATO birbaşa olaraq müharibədə iştirak etməsə də, təşkilata üzv olan ölkələr Ukraynanın müdafiəsində dayanıblar. Amerika Birləşmiş Ştatları da bu ölkələrın sırasına daxildir. Düşünürəm ki, ilk növbədə NATO-Türkiyə  əlaqələri, Tükiyədəki “İncirlik” hərbi bazası,  eləcə də Türkiyə-Rusiya əlaqələri müzakirə olunacaq. NATO-nun Rusiyaya qarşı hər hansı bir fəaliyyəti müzakirə mövzusu ola bilər. Amma burada NATO üçün rəsmi Ankaranın tutacağı mövqe vacibdir. Bu baxımdan zənnimcə, Cozef Baydenlə Ərdoğan arasında baş tutacaq görüşmə başlıca olaraq Ukrayna problemi ətrafında olacaq”.