Conson:“Rusiya ilə NATO arasında gərginlik birbaşa toqquşmaya çevrilməyəcək”


Böyük Britaniyanın Baş naziri Conson Rusiya ilə NATO arasında birbaşa toqquşmanın mümkün olmadığını deyib.
O hesab edir ki, NATO ilə Rusiya arasında gərgin münasibətlər birbaşa toqquşmaya çevrilməyəcək.
“Düşünürəm ki, bu həddə çatmayacaq. Təbii ki, biz məsələnin Ukrayna ilə məhdudlaşması üçün hər şeyi edirik”, - deyə o, çərşənbə axşamı jurnalistlərə bildirib. Brifinq Britaniyanın “Sky News” telekanalı tərəfindən yayımlanıb.
Eyni zamanda siyasətçi Moskvadan getdikcə artdığı iddia edilən təhlükəyə cavab verilməsinin vacibliyinə də diqqət çəkib.

Mənbə: İzvestiya