Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 35 450-yə yaxın canlı qüvvəsini itirib.
Bundan başqa, Rusiyanın 1 572 ədəd tankı, 3 720 ədəd zirehli döyüş maşını, 781 ədəd artilleriya sistemi, 246 ədəd reaktiv yaylım atəş sistemi, 103 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 185 ədəd helikopteri, 142 qanadlı raketi, 2 598 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 640 ədəd dronu və 61 ədəd xüsusi texnikası məhv edilib.