ABŞ-ın Çikaqo ştatında silahlı insident...

ABŞ-ın Çikaqo ştatında 4 iyul Müstəqillik Günü qeyd edilən zamanı silahlı insident baş verib.  “Sherg.az” xarici mediya istinadən xəbər verir ki,  Çikaqonun ətrafındakı “Highland Park” ərazisində paradının başlamasından az sonra atəş səsləri eşidilib. “Highland Park” polisi insidentdə 6 nəfərin öldüyünü, 36 nəfərin yaralandığını açıqlayıb. Güllələnən şəxslərin 8-85 yaş arasında olduğu bildirilib. Hücumun isə 22 yaşlı Robert Crimo tərəfindən həyata keçirildiyi açıqlanıb. Hücumdan sonra polisin başlatdığı axtarış tədbirləri axşam saatlarında sona çatıb.

Cinayətkar Robert Crimo hadisənin baş verdiyi yerdən təxminən 8 kilometr şimalda saxlanılıb. Araşdırma nəticəsində məlum olub ki, Crimo “YouTube” hesabında zorakı musiqi videoları, o cümlədən silahlı hücumçunun polis tərəfindən öldürülməsini əks etdirən animasiya yerləşdirib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın qatı tərəfdarı olduğu ortaya çıxan 22 yaşlı cinayətkarın 2020-ci ildə nümayişlərə qatıldığı bildirilib. Robert Crimo sosial şəbəkədə "Awake the Rapper" adı ilə çıxış edən rep ifaçısı imiş. Onlayn musiqi platformalarında minlərlə izləyicisi olan Crimonun ayda 100 min dollardan çox qazandığı bildirilir.

Mahnılarından birində məktəb qətliamlarından danışan Crimo "Məni heç nə dayandıra bilməz, hətta özüm belə" sözlərini oxuduqdan sonra dəbilqə və gülləkeçirməz jilet geyindiyi görünür.

Eyni gün ərzində Filadelfiya ştatında da silahlı hücum baş verib. Hücum edən şəxs hadisə yerində iki polis əməkdaşını güllələyib. Hücum edən şəxs hələ də axtarışdadır.