Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib

Türkiyənin qərbində 4,1 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Balıkesir şəhərindən 43 kilometr şimal-qərbdə, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.