Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 38 550-yə yaxın canlı qüvvəsini itirib.
Bundan başqa, Rusiyanın 1 691 ədəd tankı, 3 892 ədəd zirehli döyüş maşını, 851 ədəd artilleriya sistemi, 248 ədəd reaktiv yaylım atəşi sistemi, 113 hava hücumundan müdafiə sistemi, 220 ədəd hərbi təyyarəsi, 188 ədəd helikopteri, 167 qanadlı raketi, 2 767 ədəd nəqliyyat vasitəsi, 15 ədəd gəmi-kateri, 693 ədəd dronu və 70 ədəd xüsusi texnikası məhv edilib.