İranlı rejissor Cəfər Pənahi barədə qəti hökm çıxarıldı

İranlı rejissor Cəfər Pənahiyə qarşı hökm qüvvədə qalıb. O, altı il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə İranın məhkəmə orqanlarının rəsmi nümayəndəsi Məsud Setayeşi məlumat verib.
İran məhkəməsi hökmü qəti və icrası zəruri elan edib.
“Bununla əlaqədar olaraq, o, cəzasını çəkmək üçün iyulun 11-də “Evin” həbsxanasına göndərilib”, - deyə Setayeşi əlavə edib.
Məlumdur ki, Pənahi “hakimiyyət əleyhinə təbliğat apardığına görə” altı il müddətinə azadlıqdan məhrum edilib.
İyulun 15-də Fransa Xarici İşlər Nazirliyi iyulun 8-də və 11-də həbs edilən üç iranlı kinorejissorun adlarını açıqlayıb ki, onlar Cəfər Pənahi, Məhəmməd Rəsulof və Mustafa Əliəhməddir.
Mənbə: Gazeta.ru