Ali nümayəndə: “Azərbaycan Aİ-nin mühüm tərəfdaşıdır”

“Azərbaycan Avropa İttifaqının (Aİ) mühüm tərəfdaşıdır. Azərbaycanla əməkdaşlığımız intensivləşir”.

“Report” xəbər verir ki, bunu Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasının yekunlarına dair mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

O bildirib ki, Aİ Cənubi Qafqazın dinc və firavan region olmasını dəstəkləyir:

“Bu məqsədlə tərəfdaşlarla dialoqun qurulması vacibdir. Aİ ilə Azərbaycan tərəfdaşlardır”.